Biləsuvarda iki avtomobil toqquşub

Biləsuvarda iki avtomobil toqquşub
# 08 avqust 2016 16:16 (UTC +04:00)

Bakı-APA. Biləsuvar rayonu ərazisində “Mercedes” markalı minik avtomobilləri toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat əsasında dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış hər iki sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR