Almaniyada qaçqınların məskunlaşdığı bina yandırılıb

Almaniyada qaçqınların məskunlaşdığı bina yandırılıb
# 21 sentyabr 2015 13:12 (UTC +04:00)

APA-nın “CNNtürk”-ə istinadən verdiyi xəbərə görə, yanğın qaçqınlar üçün 330 yataq gətirilən gecə törədilib. Vilayət rəsmilərinin yaydığı açıqlamaya görə, yanğın nəticəsində idman salonu tam yararsız hala düşüb. Polis idman salonun arxa hissəsində qəsdən yanğın törədilməsi ilə bağlı dəlillər aşkarlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 


Mecklenburq-Vorpommern əyalətindəki Rostok şəhərində isə qaçqınların yaşaması üçün hazırlanmaqda olan binada yanğın baş verib. Polis yanğının qəsdən törədilməsi ehtimalını nəzərdən keçirir.

 

Qeyd edək ki, Almaniyada bu il iyulun 15-dən indiyədək qəsdən yanğın törədilməsi ilə bağlı 40-dan çox faktı qeydə alınıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR