Bakıda bu il IX sinfi bitirmiş məzunlara xüsusi nümunəli şəhadətnamə veriləcək

Bakıda bu il IX sinfi bitirmiş məzunlara xüsusi nümunəli şəhadətnamə veriləcək
# 27 iyul 2016 11:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva 2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş məzunlara xüsusi nümunəli şəhadətnamələrin verilməsi barədə əmr imzalayıb. APA-nın xəbərinə görə, əmrdə Ümumi təhsil sektoru məzunlar üçün Təhsil Nazirliyindən xüsusi nümunəli şəhadətnamələrin mövcud qaydalara uyğun alınıb ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etmək tapşırılıb.

Ümumi təhsil müəssisələrinin direktorlarına 01.08.2016-cı il tarixədək müvafiq sənədləri təqdim edərək xüsusi nümunəli şəhadətnamələrin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən alınıb doldurulmasını, “Ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə blanklarının uçotu və verilməsi” kitabında müvafiq qeydlərin aparılmasını, təhsil nazirinin “Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiqi haqqında 01 may 2015-ci il tarixli 536 nömrəli əmrinin 5-ci bəndinə uyğun olaraq ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamələrin məzunlara təntənəli şəraitdə təqdim olunmasını təmin etmək tapşırılıb.

Əmrin icrasına nəzarət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini M. Kəsəmənliyə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR