Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox azalıb

 Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox azalıb
# 10 oktyabr 2016 12:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə azalaraq 3 mlrd. 669 mln. 929 min 653,92 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 19,2 dəfə artaraq 380 mln. 109 min 643,90 manat təşkil edib.

Bundan fərqli olaraq, pay və borc alətləri bazarında ciddi azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 5,8 dəfə azalaraq 26,933 mln. manata, borc alətləri bazarı 29,88 dəfə azalaraq 52 mln. 737 min 534,44 manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olmayıb. Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 2 mlrd. 467 mln. 231 min 375 manat və ya 1,8 dəfə azalaraq 3 mlrd. 208 mln. 684 min 551 manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR