“AzInTelecom”un Beynəlxalq Kommutasiya Sistemi və “Data Mərkəzi” xüsusi mühafizə olunan obyektlərin siyahısına daxil edilib

“AzInTelecom”un Beynəlxalq Kommutasiya Sistemi və “Data Mərkəzi” xüsusi mühafizə olunan obyektlərin siyahısına daxil edilib
# 20 oktyabr 2015 14:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin sayı artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İP əsaslı Beynəlxalq Kommutasiya Sistemi və “Data Mərkəzi” Azərbaycanda mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR