Balakəndə narkotik tərkibli bitkiləri əkib-becərən şəxslər saxlanılıb

Balakəndə narkotik tərkibli bitkiləri əkib-becərən şəxslər saxlanılıb
# 19 iyul 2016 20:45 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərdirilməsi və narkotik vasitələrin qanunsuz saxlamaqda təqsirləndirilən rayon sakinləri həbs edilib.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməliyyat-axtarış qrupunun əməkdaşların rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan və narkotik vasitələrdən qanunsuz istifadə edən şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Qullar kənd sakini, 1978-ci il təvəllüdlü Rəsul Nizami oğlu Yetimovun yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada əkilən 3 ədəd narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilərək götürülüb. Rəsul Yetimovun yaşadığı evdən isə 45,21 qram narkotik vasitə hesab edilən marixuana götürülüb.

Əməliyyat-axtarış tədbiri zamanı Balakən şəhəri, Ə. Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Asadullah İsa oğlu Qurbanovun yaşadığı evin həyətyanı sahəsindən 3 ədəd dibçəkdə əkilmiş çətənə kolları, yaşadığı evdən isə 2 kq 805 qr narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər iki şəxs barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR