Bakı-APA. ABŞ prezidenti Barak Obama G 20 liderlərinin sammitində iştirak etmək üçün Antalyaya gəlib.
APA-nın “Anadolu”ya istinadən verdiyi məlumata görə, Obamanı Türkiyənin hökumət rəsmiləri qarşılayıb.
Obamanın Antalyada dövlət başçıları ilə təkbətək görüşlər və mətbuat konfransı keçirəcəyi gözlənilir.