Kurt Tonq: “Azərbaycana səfərimin məqsədi iki ölkə arasında əlaqələrin gücləndirilməsinə töhfə verməkdir”

Kurt Tonq: “Azərbaycana səfərimin məqsədi iki ölkə arasında əlaqələrin gücləndirilməsinə töhfə verməkdir”
# 15 aprel 2016 14:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycana səfərimin məqsədi iki ölkə arasında əlaqələrin gücləndirilməsinə töhfə verməkdir. Həmçinin iki ölkənin özəl sektorlarında fəaliyyət göstərən şəxslərinin əlaqələrinin inkişafına yardım etməkdir”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq deyib. Onun sözlərinə görə, Azərbaycana budəfəki səfəri dünyada enerji qiymətlərinin düşməsindən sonra Azərbaycan iqtisadiyyatın durumu, Azərbaycan hökuməti və rəsmilərinin bu durumda iş üslublarını öyrənmək məqsədi daşıyıb: “Həmçinin Birləşmiş Ştatların Azərbaycana nə kimi kömək edə biləcəyini öyrənmək istərdim. İki günlük səfərim zamanı görüşlərdə maliyyə sektoru, kənd təsərrüfatı ticarətinin inkişafı, korrupsiyaya qarşı mübarizə sahəsində müzakirələr apardıq. Bu məsələlərin çözülməsi Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsinə kömək edə bilər. Səfərimin digər məqsədi o idi ki, Azərbaycanın daxili infrastrukturunun necə inkişaf etdiyini, qonşuları ilə nə kimi əlaqə qurduğunu tədqiq edim. Biz bu gün Ələt limanını müşahidə etdikdən sonra düşündük ki, bu kimi layihələr bölgədəki əlaqələri inkişaf etdirmək baxımından çox vacibdir. Başa düşürük ki, infrastruktur önəmlidir. Lakin digər proqramlar - məsələn, yüksək texnologiyaların tətbiqi də eyni əhəmiyyətə malikdir. Düşünürəm ki, ABŞ kompaniya və şirkətləri Azərbaycanla birgə işləyərək bu sahənin inkişafına önəm verir və bu istiqamətdə işləməyə maraqlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR