Novruz Aslanov BQXK Bakı ofisinin rəhbərini qəbul edib

Novruz Aslanov BQXK Bakı ofisinin rəhbərini qəbul edib
# 13 aprel 2016 13:38 (UTC +04:00)

Bakı-APA. Aprelin 13-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Az.QAC)prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbəri xanım Yelena Aymone Sesseranı qəbul edib.

Az.QAC-dan APA-ya verilən məlumata görə, görüşdə son günlər Dağlıq Qarabağ və ətraf rayonlarda baş vermiş hadisələr zamanı Az.QAC-ın yerlərdə yerləşən bölmələri ilə görülən işlərin koordinasiya olunması, işçi heyətin və könüllülərin bu fəaliyyətlərə verdiyi töhfələrin qarşılıqlı işgüzar əməkdaşlığa müsbət təsir göstərdiyi xüsusi qeyd edilib.

Novruz Aslanov bu hadisələrlə bağlı Az.QAC-ın öz mandatına uyğun olaraq atdığı addımlardan, BQXK bu işlərə verdiyi töhfələrdən danışıb, hər iki tərəfin ölkə daxili fəaliyyətlərinin öz mandatlarına əsaslanaraq, həmçinin Azərbaycan qanunvericiliyi çərçivəsində aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Novruz Aslanov və xanım Yelena Sessera Tərtər və Bərdəyə olan səfərlər barədə söhbət açıb, belə qarşılıqlı əməkdaşlığın davamlı olacağını və məlumatların mütəmadi olaraq bölüşdürüləcəyini bildiriblər.

Qeyd olunub ki, bu, ikinci belə görüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR