"FHN-in Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə"yə dəyişikliklər təsdiqlənib

"FHN-in Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə"yə dəyişikliklər təsdiqlənib
# 24 noyabr 2015 16:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi fərman imzalayıb.

APA-nın məlumatına görə, Əsasnamənin 9.9-cu bəndindən “aparatının hərbi qulluqçularının” sözləri çıxarılıb, “digər işçilərinin” sözləri “işçilərinin” sözü ilə əvəz edilib, 12-ci hissə isə aşağıdakı redaksiyada verilib: “Agentliyin aparatının, strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçiləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər”.

Digər dəyişikliklərə əsasən, 13-cü hissədən “mülki” sözü çıxarılıb, 14-cü hissədən “Agentliyin aparatının hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən” sözləri çıxarılıb, 17-ci hissə isə ləğv edilib.

Həmçinin Əsasnamənin 22.3-cü bəndindən “hərbi qulluqçularının və sisteminə daxil olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin mülki” sözləri “strukturuna daxil olan və tabeliyində olan bölmələrinin” sözləri ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR