Gəncədə mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib

Gəncədə mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib
# 15 may 2016 22:29 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açıb və uşaqları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:45-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR