Şirkətlərin işçilərin dələduzluğu sığortasına marağı azalıb

Şirkətlərin işçilərin dələduzluğu sığortasına marağı azalıb
# 11 avqust 2016 08:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda şirkətlərin işçilərin dələduzluğu sığortasına marağı azalıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında sığorta şirkətləri bu sığorta növü üzrə 211 min 306 manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 162 min 689 manat və ya 43,5% azdır.

Ötən il 6 ayında olduğu kimi bu ilin eyni dövründə də bu sığorta sinfi üzrə ödəniş edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR