Lənkəranda velosipedçini maşın vurub

Lənkəranda velosipedçini maşın vurub
# 01 fevral 2016 17:56 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda velosipedçinin maşın vurub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 1-də saat 19.40 radələrində Liman-Nərimanabad şosesinin 3-cü kilometrliyində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili velosipedlə hərəkət edən rayonun Üzüçülük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Arzuman Vəlihəd oğlu Qurbanovu vuraraq ona ağır bədən xəsarəti yetirib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş A.Qurbanovun vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətmiş sürücü isə istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR