Gürcüstanın Energetika Nazirliyi: "Qazprom"la müqavilə imzalananadək danışıqlar davam edəcək

Gürcüstanın Energetika Nazirliyi: "Qazprom"la müqavilə imzalananadək danışıqlar davam edəcək
# 21 yanvar 2016 09:23 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladzenin Avstriyanın paytaxtı Vyanada Rusiyanın "Qazprom" şirkətinin nümayəndələri ilə apardığı növbəti danışıqlar başa çatıb.

Bu barədə APA-nın Gürcüstan bürosuna adıçəkilən ölkənin Energetika Nazirliyindən məlumat verilib.

"Danışıqlar müqavilə imzalananadək davam edəcək", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, son vaxtlar Gürcüstan müxalifətinin nümayəndələri, politoloqlar, iqtisadçı-ekspertlər hesab edir ki, yerli hökumətin "Qazprom" şirkəti ilə apardığı danışıqlar ölkənin enerji sisteminin təhlükəsizliyinə təhdid yaradır. Danışıqların əleyhinə olanlar Tiflisdə etiraz aksiyası keçirir. Etirazçıların əsas istəyi danışıqların dayandırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR