Şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağıb

Şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağıb
# 31 dekabr 2015 09:07 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qarın hündürlüyü Qubanın Qırız və Xınalıq kəndlərində 15 sm, Rükdə 8 sm, Quba şəhərində isə 1 sm-ə çatıb.

Qusar rayonunun Ləzə kəndinə 25 sm qalınlığında qar düşüb. Qubanın Qırız kəndində mənfi 12, Xınalıqda isə mənfi 10 dərəcəyə temperatur qeydə alınıb.

Quba 6 saylı Yol İstismar Sahəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, yollarda hər hansı problem yoxdur. Bütün istiqamətlərdə yollar avtomobillərin hərəkəti üçün açıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR