İndoneziya sahillərində göyərtəsində azı 100 sərnişin olan gəmi batıb

İndoneziya sahillərində göyərtəsində azı 100 sərnişin olan gəmi batıb
# 19 dekabr 2015 18:34 (UTC +04:00)

Bakı-APA. İndoneziya sahillərində göyərtəsində azı 100 sərnişin olan gəmi batıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Sulavesi adası yaxınlığında baş verib. Gəminin Kolaka limanından yola düşərək Cənubi Sulavesi əyalətində üzdüyü bildirilir. Gəminin göyərtəsində ekipaj da daxil olmaqla 122 nəfər olub.

İnsidentin təfərrüatları hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR