Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək M. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses noyabrın 3-də davam etdiriləcək.
Qeyd edək ki, M. Bayramova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP-dən namizədliyi irəli sürülən üzvü olub.