Rusiyada Google və Facebook bağlana bilər

Rusiyada Google və Facebook bağlana bilər
# 28 yanvar 2016 03:42 (UTC +04:00)

Bakı-APA. Rusiya hökuməti Google və Facebook-u bağlaya bilər.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin İnternet üzrə müşaviri Qerman Klimenko bəyan edib.

“Google və Facebook əvvəl-axır Rusiya qanunvericiliyinə riayət etməyə məcbur olacaqlar. Əks təqdirdə, onlar bağlana da bilərlər. Belə olan halda nə baş verəcək? Cavab olduqca bəsitdir, bundan Yandex və digər yerli şirkətlər faydalanacaq”, deyə Q.Klimenko bildirib.

Bununla belə Q.Klimenko qeyd edib ki, müvafiq qanun layihəsinin hazırlanması ilə şəxsən məşğul olmaq niyyətində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR