BMT TŞ İran və Səudiyyə Ərəbistanını dialoqa çağırıb

BMT TŞ İran və Səudiyyə Ərəbistanını dialoqa çağırıb
# 05 yanvar 2016 14:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. BMT Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücumları tənqid edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının üzvləri bildiriblər ki, İran və Səudiyyə Ərəbistanı regionda gərginliyin azaldılması üçün öz aralarında dialoq təşəbbüsünü dəstəkləməlidirlər. Bununla yanaşı, bəyanatda iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb olan şiə din xadimi Nimr əl Nimrin edamı ilə bağlı heç bir qeyd yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR