Suda batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub

Suda batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub
# 21 iyul 2016 16:07 (UTC +04:00)

Bakl-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Şirvan şəhərində 3 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 16:50-də başa çatıb.

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə həmçinin Bakı şəhəri, Qaradag rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 17:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR