Qlobal iqtisadiyyatda qeyri-stabil proseslərin davam etməsi Azərbaycanın idxal-ixrac əməliyyatlarına mənfi təsir edəcək

Qlobal iqtisadiyyatda qeyri-stabil proseslərin davam etməsi Azərbaycanın idxal-ixrac əməliyyatlarına mənfi təsir edəcək
# 14 sentyabr 2015 14:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ildə qlobal iqtisadiyyatda qeyri-stabil proseslərin davam etməsi fonunda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə sıx iqtisadi əlaqələri olan Azərbaycanın da idxal-ixrac əməliyyatlarına təsir edəcək.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Makroiqtisadi proqnozlara əsasən, 2016-cı ildə ölkədən 15,8 mlrd. dollar həcmində malların ixracı proqnozlaşdırılır ki, bu da 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 12,5 mlrd. dollar və yaxud 44% az, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 1,5 mlrd. dolları və ya 8,1% azdır.

Növbəti il üçün idxal 8,2 mlrd. dollar həcmində proqnozlaşdırılır ki, bunun da 6,8 mlrd. dolları və yaxud 83,3%-i qeyri-neft sektorunun payına düşəcək. İdxalın həcmi 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 1,1 mlrd. dollar və yaxud 11,8%, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 0,6 mlrd. dollar və yaxud 6,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR