Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Sentyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Sentyabr - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2015 17:12 (UTC +04:00)

Ermənistanın Dağlıq Qarabağ siyasəti iflasa uğramaqdadır. Ermənistan hüquq müdafiəçisinin Azərbaycandan siyasi sığınacaq istəməsi, cəbhəboyu kəndlərdə məskunlaşmış ermənilərin kütləvi şəkildə başqa yerlərə köçməsi buna misaldır. Ermənilər üçün münaqişənin eskalasiyası ehtimalı artıb, ölkədən, münaqişə zonasından qaçmaq bunun nəticəsidir. Proseslər Ermənistan hökumətini ikiqat pis vəziyyətdə qoyur. Birincisi, İrəvanın işğal etdiyi Azərbaycan torpaqlarında apardığı qanunsuz məskunlaşma siyasəti iflasa uğrayır, ikincisi, Ermənistan daxili problemləri artıq heç bir formada kamuflyaj edə bilmir. Ermənilərin cəbhəboyu kəndlərdən qaçması həm də erməni diasporunun məskunlaşma üçün ayırdığı külli miqdarda vəsaitin göyə sovrulması deməkdir. Diaspora bunun hesabını Sərkisyan hakimiyyətindən soruşmaq iqtidarındadır və çox güman ki soruşacaq. Həm də o gün çox uzaqda deyil, Ermənistanın daxili siyasəti üçün hər zaman təlatümlü olan dövr - qış fəsli gəlir. Qışın problemləri, yəni enerji tariflərinin bahalaşması hələ yaydan erməniləri küçələrə töküb. Bu templə getsə rəsmi İrəvanı qışda daha ağır problemlər gözləyir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR