Gürcüstanın yeni müdafiə naziri təyin olunub

Gürcüstanın yeni müdafiə naziri təyin olunub
# 01 avqust 2016 16:43 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda iki yeni nazir təyin olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bu gün ölkənin yeni müdafiə naziri Levan İzoriyanı təqdim edib.

Qeyd edək ki, L. İzoriya daxili işlər nazirinin müavini, habelə Gürcüstan Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.

Ketevan Tsixelaşvili isə barışıq və vətəndaş bərabərlik məsələləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. O, bundan öncə barışıq və vətəndaş bərabərlik məsələləri üzrə dövlət nazirinin müavini vəzifəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR