Gələn ilin dövlət büdcəsi layihəsində pensiya, sosial müavinət və təqaüdlər üçün nəzərdə tutulan vəsait artırılıb

Gələn ilin dövlət büdcəsi layihəsində pensiya, sosial müavinət və təqaüdlər üçün nəzərdə tutulan vəsait artırılıb
# 14 sentyabr 2015 14:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Gələn ilin dövlət büdcəsi layihəsində ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 1 milyard 896,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb.

APA-nın məlumatına görə, 2016-cı ilin dövlət büdcəsi layihəsinə əsasən sosial müdafiə və sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,7 faiz olacaq ki, bu da bu da əvvəlki illə müqayisədə 2 faiz-bənd çoxdur.

Gələn il sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitdən 1 milyard 100 milyon manat Dövlət Sosial Müdafiə Fondu vasitəsilə pensiya təminatı ilə bağlı qarşıda duran vəzifələrin həllinə, 555,5 milyon manat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsi ilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR