Patrik Hikki müvəqqəti olaraq səlahiyyətlərini dondurub

Patrik Hikki müvəqqəti olaraq səlahiyyətlərini dondurub
# 17 avqust 2016 21:16 (UTC +04:00)

Bakı-APA. Patrik Hikki Avropa Olimpiya Komitəsinin (AOK) və İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti səlahiyyətlərini müvəqqəti olaraq dondurub.

APA-nın məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin rəsmi saytında bildirilir.

“Son hadisələr və səhhətinin pisləşməsi ilə əlaqədar Patrik Hikki müvəqqəti olaraq Avropa Olimpiya Komitəsi (AOK) və İrlandiya Milli Olimpiya Komitəsində (OCİ) səlahiyyətlərini dondurmaq barədə qərar alıb”, məlumatda deyilir.

Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Patrik Hikkini bu gün Rio-de-Janeyroda həbs edilib. O, Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı olduğu üçün saxlanılıb. Sonra özünü pis hiss edən AOK prezidenti xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR