Şəkidə yeni uşaq bağçası istifadəyə verilib

Şəkidə yeni uşaq bağçası istifadəyə verilib
# 04 noyabr 2015 12:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 3490 kvadratmetr olan bina üçmərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun və musiqi zalı, metodiki kabinet və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Körpələr evi-uşaq bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Binanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, attraksionlar quraşdırılıb.

Diqqətə çatdırılıb ki, Şəkidə fəaliyyət göstərən 61 məktəbəqədər təhsil müəssisəsində 2760 uşaq təlim-tərbiyə prosesinə cəlb olunub.

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR