Aydın Əliyev: "Gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində iş aparılır"

Aydın Əliyev: "Gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində iş aparılır"
# 26 yanvar 2016 13:57 (UTC +04:00)

Bakı - APA-Economics. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində gömrük sahəsi üzrə panel iclas keçirilib.

"APA-Economics" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələrin icrası barədə məlumat verib: "Burada üç əsas amil lazımdır: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı. Bu amillərin hər biri bizdə var. Hazırda onların daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində iş aparılır".

Gömrük sahəsində ötən il görülən işlər haqda məlumat verən komitə sədri sahibkarların suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR