Pərviz Müşərrəfin ölkəni tərk etməsinə icazə verilib

Pərviz Müşərrəfin ölkəni tərk etməsinə icazə verilib
# 16 mart 2016 13:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Pakistan Ali Məhkəməsi sabiq prezident Pərviz Müşərrəfin ölkədən çıxışına qoyulan qadağanın ləğvinə qərar verib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, məhkəmə hökumətin apellyasiya şikayətini rədd edib.

P. Müşərrəfin vəkilləri sabiq prezidentin onurğa sütununda yaranan problemlərlə əlaqədar tibbi yardıma ehtiyac duyduğunu bildiriblər. Həmin tibbi prosedurlar isə Paksitanda mövcud deyil.

Qeyd edək ki, general Pərviz Müşərrəf 2001-ci ildən 2008-ci ilədək Pakistanın prezidenti olub, 2008-ci ildə ölkəni tərk edib. 2012-cü ildə Pakistana geri dönən P. Müşərrəf parlament seçkilərində iştirak etməyi planlaşdırsa da, ölkə hakimiyyəti ona qarşı dövlətə xəyanət və müxalifət lideri Bənazir Bhuttoya törədilən sui-qəsdlə bağlı məsələlərdə ittiham irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR