Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi İƏT-in BMT-dəki nümayəndəsi ilə görüşüb

Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi İƏT-in BMT-dəki nümayəndəsi ilə görüşüb
# 26 sentyabr 2015 08:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının BMT yanındakı daimi nümayəndəsi Ufuk Gökçenlə görüşüb.

APA-nın xəbərinə görə, qurumun saytında yerləşdirilən məlumatda bildirilir ki, BMT Baş Assambelyasının 70-ci sessiyası çərçivəsində keçirilən görüşdə iki qurum arasındakı münasibətlər barədə fikir mübadiləsi aparılıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verən R. Həsənov iki təşkilat arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

U. Gökçen isə birgə layihələr barədə danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR