İrandan Azərbaycana metadon keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana metadon keçirmək istəyən şəxs saxlanılıb
# 23 oktyabr 2015 09:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana gələn vətəndaşın şalvarının və çantasının cibində narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İsmayıl Əlizadənin üzərində şəxsi yoxlama zamanı onun şalvarının cibində 41 ədəd metadon adlı həb, çantasının cibində isə 200 ml metadon məhlulu aşkar olunub.

Məlumat üçün bildiririk ki, “Metadone” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 41 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0.82 qram, 200 ml məhlulda isə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0,2 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR