Bakıda keçirilən II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb
# 30 sentyabr 2016 15:43 (UTC +04:00)


Bakı. Fərid Mirzəyev - APA. Bakıda keçirilən II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX-2016” başa çatıb. APA-nın xəbərinə görə, "ADEX-2016” sərgisinə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti qatılıb.

Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edib.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən “ADEX-2016” sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş olunub.

"ADEX 2016" 27-30 sentyabr tarixlərində Bakı Expo Mərkəzində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR