Türkiyədə keçirilən əməliyyat zamanı 60 terrorçu öldürülüb

Türkiyədə keçirilən əməliyyat zamanı 60 terrorçu öldürülüb
# 08 fevral 2016 06:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ötən gün Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda bir evin zirzəmisində və bəzi evlərdə keçirilən əməliyyat zamanı onlarla terrorçu öldürülüb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, terrorçular hüquq-mühafizə orqanlarının təslim olmaqla bağlı çağırışına məhəl qoymayan terrorçular atəş açmağa başlayıb.

İki saat davam edən atışmada PKK və YGD-H terror təşkilatlarının üzvü olduğu ehtimal edilən 50-dən çox terrorçu məhv edilib. TRT kanalı öldürülənlərin sayının 60 nəfər olduğunu açıqlasa da, bununla bağlı rəsmi məlumat yayılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR