Qardabanidə Novruz şənlikləri keçirilib

Qardabanidə Novruz şənlikləri keçirilib
# 20 mart 2016 19:03 (UTC +04:00)

Qardabani. Nizami Məmmədzadə-APA, Qardabanidəki rayon Mədəniyyət Evində Azərbaycan və Gürcüstan dövlətlərinin rəsmi nümayəndələrinin iştirakı ilə Novruz bayramına həsr olunan şənlik keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın rəsmi dövlət adamları ilə bərabər, Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Surəddin Hümbətov və Qardabani rayon icra hakimiyyətinin rəhbəri Qoça Çapanauri, onun azərbaycanlı müavini Dünyamalı Hacıyev, ətraf kəndlərdə yaşayan azərbaycanlılar, gürcülər və qonaqlar təşkil olunan möhtəşəm tədbirə qatılıblar.

Tədbirdə Novruz bayramının atributları olan Kosa və Keçəlin oyunlarından ibarət səhnələr, Bahar qızının gəlişi, şahmat yarışları, bayram paltarı ilə bəzədilən masalarda düzülmüş Novruz şirniyyatlarının sərgisi və at yarışları nümayiş olunub. İfa olunan el mahnıları tamaşaçılara yüksək əhvali-ruhiyyə bəxş edib.

Sonda Qardabanidə təşkil olunan Novruz şənliklərinə əsl bayram-əhval ruhiyyəsi yaradan, möhtəşəm konsert ilə yekun vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR