Ombudsman BMT-nin Əhali Fondunun regional direktorunu qəbul edib

Ombudsman BMT-nin Əhali Fondunun regional direktorunu qəbul edib
# 21 oktyabr 2015 14:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova BMT Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə Ölkə direktoru Karl Kulessanı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Ombudsman fəaliyyət dövrü ərzində BMT Əhali Fondu ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, insan hüquqlarının müvafiq aspektləri üzrə maarifləndirmə tədbirlərinin, bölgələrdə geniş ictimaiyyətin qatıldığı ictimai müzakirələrin keçirildiyini, əhali və inkişaf problemləri üzrə təkliflər və tövsiyələrin verildiyini vurğulayıb.

Görüşün sonunda K. Kulessa Azərbaycan Ombudsmanı ilə insan hüquqları sahəsində əməkdaşlıqda maraqlı olduğunu və qarşılıqlı əlaqələrin davamlı olacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR