Azərbaycanın şimal bölgəsində yaşayış məntəqələrinə sulu qar və qar yağıb

Azərbaycanın şimal bölgəsində yaşayış məntəqələrinə sulu qar və qar yağıb
# 09 oktyabr 2015 08:27 (UTC +04:00)

Bu barədə APA-ya Quba Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib. Qusar rayonu, Ləzə kəndi ərazisinə 1 sm qalınlığında qar düşüb. Quba rayonun Qırız və Qusar rayonunun Kuzun yaşayış məntəqələrinə isə sulu qar yağıb. Regionda temperatur 5-8 dərəcə aşağı düşüb. Ən aşağı temperatur Quba rayonu, Xınalıq kəndi ərazisində qeydə alınıb. Burda temperatur mənfi 1,6 dərəcə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR