Şəkidə quş oğurlayan qadın tutulub

 Şəkidə quş oğurlayan qadın tutulub
# 19 oktyabr 2015 11:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəkidə oğurluqda şübhəli bilinən qadın tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Nürəddin Nəbiyevə məxsus 18 ev quşunu oğurlamış rayon sakini Şəfəq Abdullayeva tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Sərayə Süleymanovaya məxsus 9 ev quşunu oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR