Sabah Yasamal rayonun bəzi küçələrində suyun verilişi məhdudlaşdırılacaq

Sabah Yasamal rayonun bəzi küçələrində suyun verilişi məhdudlaşdırılacaq
# 29 avqust 2016 15:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Bakının Yasamal rayonun bəzi küçələrində suyun verilişi dayandırılacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C. Hacıbəyli, Ü. Bünyadzadə, Dəmirçizadə, F. Əsədov, C. Zeynalov, Q. Pirimov, Mərdanov qardaşları, S. Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR