Bakı. Hafiz Heydərov – APA. Maştağa qəsəbə sakinindən qumbara götürülüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Maştağa qəsəbə sakini Elmar Dadaşovdan 2 ədəd “F-1” qumbarası və 2 ədəd “UZQRM” tipli alışdırıcı götürülüb.