“Unibank”ın keçirdiyi viktorinanın qalibləri məlum olub

“Unibank”ın keçirdiyi viktorinanın qalibləri məlum olub
# 29 dekabr 2015 09:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” yeni il öncəsi Facebook istifadəçilərini sevindirib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Unibank”ın rəsmi Facebook

səhifəsində istifadəçilər üçün keçirdiyi “Suallara cavab ver və iPhone 6 qazan!” adlı viktorinanın qalibləri açıqlanıb.

Facebook istifadəçiləri tərəfindən çox yüksək maraqla qarşılanan viktorinaya 40 minə yaxın iştirakçı qoşularaq, sualları cavablandırıb. İştirakçıların maliyyə biliklərinin artırılmasına yönəldilən viktorinanın qalibləri, həm də möhtəşəm hədiyyələr qazanıblar.

Ən çox xal toplamış ilk 3 qalibin hədiyyələri bunlardır: 1-ci yer – iPhone 6s, 2-ci yer - Planşet, 3-cü yer - 100 manatlıq hədiyyə kartı. Birinci yeri qalibinə artıq iPhone 6s təqdim olunub. Bilik yarışmasında fəal iştirak edib yüksək xallar qazanan sonrakı 20 yerin sahibləri də “Unibank”dan maraqlı hədiyyələr qazanıblar.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və Facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR