Komissiya: Lex Kaçinskinin təyyarəsi qəza yerindən 900 metr aralıda parçalanmağa başlayıb

Komissiya: Lex Kaçinskinin təyyarəsi qəza yerindən 900 metr aralıda parçalanmağa başlayıb
# 16 sentyabr 2016 05:46 (UTC +04:00)

Bakı-APA. Polşa prezidenti Lex Kaçinskinin və digər rəsmi şəxslərin ölümü ilə nəticələnən “Tu-154” təyyarəsinin Smolensk yaxınlığında qəzaya uğramasını araşdıran komissiya faciənin yeni detallarını açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə komissiya rəhbərinin müavini Kazimej Novaçik bildirib.

“Təyyarənin parçalanması qəza yerindən 900 metr aralıda başlayıb”, - Kazimej Novaçik bildirib.

Polşanın müdafiə naziri Antoni Maçereviç isə, öz növbəsində, insidentin araşdırılması komissiyasının vəzifələrini açıqlayıb.

“Komissiya günahkarları elan etməyəcək, buna ümid etməyin, çünki komissiyanın vəzifəsi bundan ibarət deyil. Komissiyanın vəzifəsi faciəyə səbəb olmuş amilləri və hadisələri müəyyən etməkdir”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR