Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) nəzdində sahibkarlar və vətəndaşlarla iş üzrə yeni - “Bir pəncərə” xidməti yaradılıb. APA-nın xəbərinə görə, AEM-nin şöbə müdirinin müavini İsa Əliyev bildirib ki, yeni xidmətin yaradılmasında məqsəd ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, sahibkarların və vətəndaşların müraciətlərinə baxılmasının sadələşdirilməsi və şəffaflığının təmin edilməsidir. Onun sözlərinə görə, Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxal olunan dərman vasitələrinə icazələrin verilməsi, onların laborator təhlilin aparılması, özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrlə işin təşkili üzrə fəaliyyət göstərir. İ.Əliyev qeyd edib ki, vətəndaşların, sahibkarların müraciətlərinin vaxtı-vaxtında araşdırılması və cavablandırılması istiqamətində mərkəzdə son dövrlərdə ciddi təkmilləşdirmə işləri aparılıb: “Bu tədbirlərdən biri də “Bir pəncərə” prinsipi ilə işləyəcək sahibkar və vətəndaşlarla iş üzrə xidmətin təşkilidir. Xidmətə əsasən vətəndaşlar və sahibkarla müraciətlərini bir pəncərə prinsipinə əsasən təqdim edə biləcəklər. Həmin müraciətlər elektron şəkildə qeydiyyata alındıqdan sonra mərkəzin müvafiq şöbələri arasında bölüşdürüləcək və onların vaxtında cavablandırılması təmin ediləcək. Vətəndaşların təqdim edəcəkləri müraciətləri qanunvericiliyə uyğun olan müddət ərzində cavablandırılacaq. Eyni zamanda, dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə qəbul olunacaq və qanunvericiliyə müvafiq cavablandırılacaq. Hazırda AEM-in yenilənməkdə olan internet səhifəsi vasitəsilə gələcəkdə vətəndaşlara və sahibkarla elektron qaydada müraciət imkanı yaradılacaq”.
Sosial
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
NİİM Zığ şosesində aparılan təmirlə bağlı müraciət edib
Xəbər Lenti
Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır
Dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs ölüb
Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 30 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
Rusiyanın Mozambikdəki səfiri ölüb
Son iki gündə İsrail Ordusunun Qəzza sektorunda 5 hərbçisi həlak olub
Sabah yağış yağacaq
Bu gün hava dəyişəcək, rayonlarda 15-i səhərədək leysan xarakterli yağıntılı olacaq
Varşavada ticarət mərkəzində yanğın olub - VİDEO
“Saudi Aramco”-nun kapitalı Səudiyyə Ərəbistanının ÜDM-ni ötüb
Əksər rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Qırmızı dənizdə 4 PUA vurulub
Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb
İsrail Ordusu İordan çayının qərbində əməliyyat keçirir
Litvada prezident seçkiləri başlayıb
KİV: F-16 qırıcılarının Ukraynaya verilmə tarixi açıqlanıb
Bakıda piyadanı avtomobil vurub
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bayden: Qəzzada atəşkəs HAMAS girovlarının azad edilməsindən sonra olacaq
İsveçrə vitse-kansleri dağda gəzinti zamanı vəfat edib
Nigeriyada silahlı dəstələrin hücumu nəticəsində 30 nəfər ölüb
İsveçrə 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi olub - YENİLƏNİB
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
İsrail Qəzzanın şimalında hərbi əməliyyatlara başlayıb
FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıblar - VİDEO
Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhinə keçirilən mitinq insidentsiz başa çatıb - FOTO - YENİLƏNİB
Goranboyda minik və yük maşınları toqquşub, ölən var - FOTO
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib - FOTO
Lənkəranda yenidən zəlzələ olub
NİİM Zığ şosesində aparılan təmirlə bağlı müraciət edib
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib
RSXM: Lənkəranda əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB
Naxçıvanda yol qəzasında bir nəfər xəsarət alıb - FOTO
Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alan var - FOTO
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
Almaniyada müddətli həqiqi hərbi xidmət bərpa oluna bilər
İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - VİDEO
Zelenski tərəfdaş ölkələri silahlanma vədlərini yerinə yetirməyə çağırıb
Gəncədə iki maşın toqquşub, xəsarət alan var - FOTO
İsrail ordusu: Rafahda genişmiqyaslı əməliyyat planında qərarlıyıq