Komitə sədri: "“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yaxınlarda qəbul ediləcək"

Komitə sədri: "“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi yaxınlarda qəbul ediləcək"
# 30 sentyabr 2016 13:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Son illər molekulyar biologiya və bioetikanın inkişafı yeni elm sahələrinin inkişafına da təkan verib və onlar üçün yeni texnologiyaların yaranmasına gətirib çıxarıb”. APA-nın xəbərinə görə, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Ə.Əmiraslanov qeyd edib ki, yeni texnologiyalar tətbiq olunanda onların üstünlüyü, insanlara verdiyi xeyir ilə yanaşı, bir çox bioetik və hüquqi məsələlər də həll edilməlidir: “Çünki bunları həll etmədən elm sahəsini inkişaf etdirmək olmaz. Azərbaycanda “Sağlamlıq haqqında qanun”, “Psixatriya haqqında qanun”, “Onkologiya haqqında” qanun və digər qanunları qəbul etdikdə bu problemin bio-etoik və hüquqi məqamları diqqət mərkəzində saxlanılır. Bu gün reproduktiv sağlamlıq sahəsində yeni texnologiyalar inkişaf etməyə başlayıb. Ana bətnində dölün inkişafının ilk mərhələsində onun diaqnostikası, gələcəkdə ola biləcək irsi xəstəliklər, anomaliyalar, patologiyaları üzə çıxarmaq üçün texnologiyaların yeni imkanları yaranıb. Bu da bir çox patologiyaların erkən üzə çıxarılmasına təkan verir”.

Komitə sədri qeyd edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da donor və surroqat ana məsələsi müzakirə olunur. Onun sözlərinə görə, ölkədə “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin uzun müddət müzakirə edilməsinin səbəbləri də surroqat ana və donorla bağlıdır: “Artıq bu qanunla bağlı problemlər həll edilib və yaxınlarda qəbul ediləcək. Burada çox ciddi məsələlər ortaya çıxıb. Bioloji ana ilə surroqat ana arasında olan münasibətlər, gələcəksə dünyaya gələn insanın genetik valideynlərinə qaytarılması, kommersiya məsələləri son dərəcə ciddi məsələlərdir. Biz çox ölkələrdə surroqat ana və donordan istifadə qadağan olunub. Etik-hüquqi məsələlər biotexnologiyaların inkişafında çox qabarıq ortaya çıxmalı və ciddi düşünülməlidir. Məsələnin bioetik tərəfi həll edilməsə, gələcəkdə çətinliklərə səbəb ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR