PKK Türkiyədə hərbi bazaya hücum edib, 4 əsgər şəhid olub, 8-i yaralanıb

PKK Türkiyədə hərbi bazaya hücum edib, 4 əsgər şəhid olub, 8-i yaralanıb
# 24 avqust 2016 12:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Türkiyənin Diyarbakır rayonunun Lice qəsəbəsində bir qrup PKK terrorçusu hərbi bazaya qumbaraatan və iriçaplı avtomatlarla hücum edib.

APA-nın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 4 nəfər əsgər şəhid olub, 8 əsgər isə yaralanıb.

Hücumu təşkil edən terrorçuları zərərsizləşdirmək üçün havadan əməliyyatlara başlanılıb.

Bu gün Bingölün Karlıova qəsəbəsində həyata keçirilən əməliyyat zamanı da 1 hərbçi şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR