"Azəriqaz" ötən ay 56 minə yaxın mənzilə texniki baxış keçirib

"Azəriqaz" ötən ay 56 minə yaxın mənzilə texniki baxış keçirib
# 08 fevral 2016 08:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azəriqaz" İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən 2016-cı ilin yanvar ayında 55 606 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR