Bakıda 16 mərtəbəli bina vergi borcuna görə hərraca çıxarılıb

Bakıda 16 mərtəbəli bina vergi borcuna görə hərraca çıxarılıb
# 12 avqust 2016 09:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Vergilər Nazirliyi vergi borcuna görə “Gövhər” MTK-nın inşa etdirdiyi 1 bloklu 120 mənzildən ibarət 16 mərtəbəli fərdi yaşayış binasını hərraca çıxarıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, binaya 2 mln. 800 min manat qiymət qoyulub.

Bina ikinci dəfə hərraca çıxarıldığından binanın qiyməti qanunvericiliyə uyğun olaraq 10% aşağı salınıb. Başqa sözlə, hərracda qalib olan şəxs bu binanı 2 mln. 520 min manata ala biləcək.

Hərracda iştirak etmək istəyənlər 126 min manat beh verməlidir.

Qeyd edək ki, “Gövhər” MTK-ya məxsus lift də hərraca çıxarılıb. 20 800 manat məbləğində dəyərləndirilən lift də ikinci dəfə hərraca çıxarıldığından bu əmlakı 18 720 manata almaq olar.

Hərraca çıxarılan əmlak Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov (5-ci dairə) ev 40 ünvanında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR