“Dəniz Kuboku – 2017”nin püşkatma mərasimi keçirilib

“Dəniz Kuboku – 2017”nin püşkatma mərasimi keçirilib
# 01 avqust 2017 13:01 (UTC +04:00)

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində avqustun 1-dən 11-dək Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, müsabiqənin 1-ci epizodunun yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.

Sıralanmaya görə epizodun icrasına birinci Rusiya, ikinci Qazaxıstan, üçüncü Azərbaycan, dördüncü isə İran başlayacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR