ATƏT nümayəndələri Ağdam rayon İcra Hakimiyyətində olublar

ATƏT nümayəndələri Ağdam rayon İcra Hakimiyyətində olublar
# 27 fevral 2019 11:12 (UTC +04:00)

Bu gün ATƏT nümayəndələri Ağdama səfər edib.

ONA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüblər.

İcra başçısı bildirib ki, ötən ilin oktyabr ayının 31-dən bu günə kimi erməni hərbçiləri mövqelərimizi 129 dəfə atəşə tutub. Yaşayış məntəqələrini atəş altında saxlayan erməni hərbi birləşmələri bu müddət ərzində bir qadını yaralayıb.

Görüşdən sonra ATƏT nümayəndələri monitorinq keçirmək üçün cəbhə xəttinə yollanıblar.

Qeyd edək ki, Ağdamın Təzəkənd istiqamətində keçirəcək monitorinqi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

Habil Aslanoğlu

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR