“Son illər Azərbaycanın həyata keçirdiyi fəaliyyət heç bir dövlət tərəfindən edilməyib. Bu, həm idman, həm də mədəniyyət sahəsinə aiddir. Bu toplantıların çox böyük əhəmiyyəti var. Amma bunların həyata keçirilməsi üçün münbit şərait yaradılmalıdır. Buna mane olurlarsa, bu tədbirlərin mənası olmayacaq. Dünyada aktorların sayı artıb və bunları Azərbaycan kimi kiçik dövlətlər yaratmayıb. Biz böyük dövlətlərlə çalışmasaq, əldə etdiyimiz nəticələr bugünkü kimi olacaq”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” adlı panel müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan 1 milyon qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, müstəqil dövlət qurub: “Bu qaçqınların necə yaranması heç kəsi maraqlandırmır. Azərbaycanın torpaqları 25 ildən artıqdır işğal altındadır. Lakin heç bir dövlət bununla bağlı konkret mövqe bildirmir. 20-30 il əvvəlki sənədlər arxivə qoyulur. Böyük dövlətlər öz aralarında problemləri həll etməyə çalışırlar, kiçik dövlətlər isə gözləyir ki, görəsən sabah, bir aydan sonra nə baş verəcək. Bir adam da həqiqət uğrunda çalışırsa, deməli optimist olmağa dəyər. Ətraflı yanaşma olmasa, beynəlxalq hüquq mümkün deyil. Belə olmasa, dünyamızda gərginliklər davam edəcək”.
Novruz Məmmədov: “Böyük dövlətlər öz aralarında danışır, kiçik dövlətlər isə gözləyir ki, görəsən sabah nə olacaq”
06 may 2017 09:00 (UTC +04:00)
Xarici siyasət
Fransa Azərbaycan və Ermənistan arasında Almatıda keçirilən görüşü alqışlayıb
23:01
12 may 2024
Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib
16:32
12 may 2024
Azərbaycan XİN Braziliyaya başsağlığı verib
16:23
12 may 2024
ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir
15:04
11 may 2024