Tramp ABŞ-ın əmək naziri postuna “fast-fud” sahəsində çalışan sahibkarın namizədliyini irəli sürüb

Tramp ABŞ-ın əmək naziri postuna “fast-fud” sahəsində çalışan sahibkarın namizədliyini irəli sürüb
# 09 dekabr 2016 01:56 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın əmək naziri postuna “fast-fud” sahəsində fəaliyyət göstərən sahibkar Endi Pazderin namizədliyini irəli sürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D.Trampın qərargahının yaydığı məlumatda bildirilir.

“Pazder minlərlə amerikalıya karyera quraraq inkişaf elətdirib və məhz işçilər uğrunda mübarizə təcrübəsi onu Əmək Nazirliyinin rəhbəri postuna ən ideal namizəd edib”, - deyə Tramp bildirib.

O, Pazderin ədalətli əmək standartlarının reallaşdırılması yolu ilə amerikalıların firavanlığını və təhlükəsizliyi naminə mübarizə aparacağına, habelə insanlara layiq olduqları imtiyazların verilməsini təmin edəcəyinə ümidvar olduğunu bildirib.

Tramp, həmçinin, Pazderin kiçik biznesi vacib olmayan nizamlaşdırıcı normalardan qoruyacağını qeyd edib.

Pazder, öz növbəsində, Amerikanın dünyada iqtisadi liderliyinin bərpa olunmasında yeni seçilmiş prezidentə yardım edəcəyini vəd edib.

Qeyd edək ki, Endi Pazder “Carl's Jr.” və “Hardee's” fast-fud mağazalar şəbəkəsinin sahibi olan “CKE Restaurants Holdings” şirkətinə rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR