BAXCP sədri ABŞ səfiri ilə görüşüb

BAXCP sədri ABŞ səfiri ilə görüşüb
# 04 sentyabr 2015 12:43 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi mənzil qərargahında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.

Partiyadan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ərazilərinin Ermənistanın tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsi, ictimai-siyasi vəziyyət və seçki öncəsi durum barədə müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR